Avropada daha bir çempionatın bərpa tarixi açıqlandı

19 May 2020 00:14 Dünya futbolu 724
Avropada daha bir çempionatın bərpa tarixi açıqlandı

Koronavirus pandemiyası səbəbindən dayandırılan Yunanıstan Superliqasının bərpa tarixi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, çempionat iyunun 6-da qaldığı yerdən davam etdiriləcək.

Qərar yüksək liqada çıxış edən klubların birgə razılığı ilə qəbul olunub.

Yunanıstan Superliqasında mövsümün normal hissəsi artıq başa çatıb. İlk "6-lıq"da qərarlaşan komandalar - "Olimpiakos", PAOK, AEK, "Panatinaikos", "Aris" və OFİ pley-offda mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti