“Mançester Siti”nin maraq dairəsinə düşdü - Argentina millisinin yarımmüdafiəçisi

29 Avqust 01:40 İngiltərə 375
“Mançester Siti”nin maraq dairəsinə düşdü - Argentina millisinin yarımmüdafiəçisi

“Liverpul”un və Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallister “Mançester Siti”nin maraq dairəsinə düşüb.

Sportinfo.az “Caught Offside”-a istinadən xəbər verir ki, “şəhərlilər” argentinalı futbolçunu həmyerlisi Enzo Fernandesə alternativ hesab edirlər.

“Mançester Siti” hələlik “Çelsi” ilə Fernandesin transferinə görə razılığa gələ bilməyib. Bu səbəbdən, klub Makallister variantını nəzərdən keçirir.

27 yaşlı Makallisterin “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. Onun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM