“Əl-Hilal”a keçidə razılıq verdi - “Sabah”ın rəqibinin vingeri

22:00 İngiltərə 82
“Əl-Hilal”a keçidə razılıq verdi - “Sabah”ın rəqibinin vingeri

“Arsenal”ın vingeri Qabriel Martinelli Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyə razılıq verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşmaya əsasən, “Əl-Hilal” 26 yaşlı futbolçunun keçidi üçün bonuslarla birlikdə 66 milyon avro ödəyəcək.

Bu məbləğin 58 milyon avrosu sabit ödəniş, 8 milyon avrosu isə bonuslar şəklində olacaq. Transferin baş tutması üçün yalnız Martinellinin razılığı gözlənilirdi.

Braziliyalı oyunçunun da keçidə razılıq verməsindən sonra klublar 65 milyon avrodan çox təşkil edən transferin son detallarını razılaşdırırlar.

Hazırda futbolçunun müqaviləsinin şərtləri də müzakirə olunur.

Martinellinin yaxın günlərdə tibbi müayinədən keçəcəyi gözlənilir.

“Arsenal” Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti