“Mançester Yunayted” “Nyukasl”ın müdafiəçisi Luis Hollu transfer etmək niyyətindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” transfer pəncərəsi bağlanmazdan əvvəl ingilis futbolçunu heyətinə qatmağa çalışacaq.
Lakin “Nyukasl” hazırda müdafiəçini satmaq istəmir.
Buna baxmayaraq, “Mançester Yunayted” keçidin bu yay baş tutmamasından narahat deyil.
Klub gələn il də Hollu transfer edə biləcəyinə əmindir. Sövdələşmənin dəyərinin 82 milyon avro ola biləcəyi bildirilir.
21 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 2 oyunda meydana çıxıb. “Transfermarkt” onun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.
