75 milyon avroya 25 yaşlı qolçu alırlar - “Zadəganlar”dan

02:30 İngiltərə 47
75 milyon avroya 25 yaşlı qolçu alırlar - “Zadəganlar”dan

“Çelsi”nin hücumçusu Nikolas Cekson karyerasını “Aston Villa”da davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar 25 yaşlı futbolçunun transferi ilə bağlı bütün məsələlərdə razılığa gəliblər.

“Aston Villa” Cekson üçün bonuslar da daxil olmaqla, təxminən 75 milyon avro ödəyəcək.

Birmingem təmsilçisi bu gün futbolçunun özü ilə müqavilənin son detallarını razılaşdıracaq. Razılaşmanın müddəti 2031-ci ilin yayına qədər olacaq.

“Aston Villa” seneqallı forvard uğrunda mübarizədə “Atletiko”nu qabaqlayıb. İngiltərə Premyer Liqasının digər klubları da oyunçu ilə maraqlanıb.

Nikolas Cekson ötən mövsümü icarə əsasında “Bayern”də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti