“Ehtiyatlı davranmalıyıq” - Yeni transfer haqda dedi

15:20 İngiltərə 144
“Ehtiyatlı davranmalıyıq” - Yeni transfer haqda dedi

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska, komandanın yeni transferi Ayyub Buaddinin növbəti matçda – “Kristal Pelas”a qarşı debüt etməyə hazır olduğunu bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, 18 yaşlı futbolçunun hazırda yaxşı formada olduğunu və hətta start heyətində meydana çıxa biləcəyini deyib:

“Hazırda o, start heyətində oynamağa tam hazırdır. Formadadır və sakitdir.

Onun cəmi 18 yaşı olduğunu demək çətindir. Ancaq ehtiyatlı davranmalıyıq, çünki o, hələ çox gəncdir. Uyğunlaşmağa ehtiyacı var”.

“Mançester Siti” mərakeşli futbolçunu “Lill”dən 95 milyon avroya transfer edib.

İngiltərə Premyer Liqasının 2-ci turunun “Kristal Pelas” – “Mançester Siti” qarşılaşması avqustun 28-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti