“Nottingem Forest” “Çelsi”nin hücumçusu Liam Delapı transfer edib.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu “Nottingem Forest”lə beş illik müqavilə imzalayıb.
“Athletic” nəşrinin məlumatına görə, “Çelsi” Delap üçün 50 milyon funt sterlinqə (təxminən 58 milyon avro) qədər – 45 milyon sabit və 5 milyon funt sterlinq bonus alacaq. Bu, “Nottingem Forets” üçün transfer rekordudur.
Delap 2025/26 mövsümündə “İpsviç”dən 30 milyon funt sterlinqə transfer olunduğundan bəri 28 Premyer Liqa matçında 1 qol vurub.
