Premyer Liqadan 3 klubun hədəfindədir - Argentinalı vinger

27 Avqust 23:40 İngiltərə 101
Premyer Liqadan 3 klubun hədəfindədir - Argentinalı vinger

“Benfika”nın argentinalı vingeri Canluka Prestianni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə “Arsenal”, “Aston Villa” və “Nyukasl” maraqlanır.

“Benfika” Prestianniyə görə 50 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazırdır. Halbuki futbolçunun müqaviləsində onun üçün 100 milyon avro məbləğində təzminat bəndi yer alıb.

Prestianni yeni mövsümdə bütün turnirlər nəzərə alınmaqla 5 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti