“Liverpul”dan tələb olunur - 105 milyon avro

21:40 İngiltərə 85
“Liverpul”dan tələb olunur - 105 milyon avro

“Liverpul” “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottu heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı futbolçu mersisaydlıların yarımmüdafiə xəttini gücləndirmək üçün əsas namizədlərindən biridir.

“Bornmut” Skottun transferindən təxminən 90 milyon funt-sterlinq (105 milyon avroya yaxın) gəlir əldə etmək istəyir.

“Liverpul” isə hələlik bu məbləği ödəməyə hazır deyil. Bu səbəbdən, “qırmızılar” transfer üçün gələn ilə qədər gözləyə bilər.

Aleks Skottun xidmətində “Çelsi” də maraqlıdır. Daha əvvəl “Mançester Siti” və “Mançester Yunayted”in də ingiltərəli futbolçu ilə maraqlandığı bildirilirdi. “Transfermarkt” portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti