Braziliyalı ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdılar

22 Avqust 01:30 İngiltərə 628
Braziliyalı ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdılar

“Mançester Siti” “Palmeyras”ın vingeri Allan Eliasın transferi üzərində işləyir.

22 yaşlı futbolçu yay transfer dönəmində Savinyonun mümkün gedişindən sonra onun əvəzlənməsi üçün namizədlərdən biri hesab olunur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” artıq braziliyalı oyunçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

İndi İngiltərə klubu “Palmeyras”la transfer məbləği barədə anlaşmağa çalışır. Tərəflər arasında danışıqlar başlayıb.

Allan Elias cari mövsümdə 41 oyunda meydana çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Palmeyras” futbolçunu komandada saxlamaq niyyətindədir. Allan üçün təxminən 100 milyon avroluq sərbəstqalma maddəsinin olduğu da bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM