"Premyer Liqanı yaxşı tanıyır və üzərindəki təzyiqin öhdəsindən gələcək"

18:20 İngiltərə 121
"Premyer Liqanı yaxşı tanıyır və üzərindəki təzyiqin öhdəsindən gələcək"

“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin, klubun yay transferlərinə baxmayaraq, İngiltərə çempionluğu uğrunda mübarizə aparacaq səviyyədə olmadığını düşünür.

“Mançester Yunayted” artıq “Çelsi”dən Andre Santosu 55,7 milyon avroya transfer edib, “

Aston Villa”nın yarımmüdafiəçisi Yuri Tilemansın müqaviləsindəki satınalma bəndini 40,6 milyon avroya aktivləşdirib.

Bundan başqa, klub “Brayton”un yarımmüdafiəçisi Karlos Balebanın transferinə də yaxındır. Bu keçidin 75,4 milyon avroya başa gələcəyi bildirilir.

Sportinfo.az “Stick to Football”-a istinadən xəbər verir ki, irlandiyalı sabiq futbolçu, bu transferlərin komandanın əsas problemlərini həll etmədiyini deyib:

“Söhbət çempionluqdan gedirsə, bu yarımmüdafiə kifayət deyil. “Mançester Yunayted”in əsas problemləri hələ də müdafiədədir. Kənar müdafiəçilər və iki mərkəz müdafiəçisi böyük problemdir”.

Sabiq kapitan, Tilemansın transferinə də münasibət bildirib:

“Tilemans “qırmızı şeytanlar” üçün təhlükəsiz seçimdir. O, Premyer Liqanı yaxşı tanıyır və üzərindəki təzyiqin öhdəsindən gələcək.

Amma o, komandanı ən yüksək səviyyəyə qaldırmağa kömək edəcəkmi? Xeyr”.

“Mançester Yunayted” Premyer Liqanın yeni mövsümünün ilk turunda, avqustun 22-də “Hall Siti” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti