“Mançester Siti”nin yarımmüdafiəçisi Niko Qonsales klubda qalmaq niyyətindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı f“Nyukasl”ın marağına baxmayaraq, komandadan ayrılmağa tələsmir.
O, əsas heyətdə yer qazana biləcəyinə və yenidən qurulan “Mançester Siti”yə töhfə verəcəyinə inanır. “Şəhərlilər” isə yarımmüdafiə xəttində mümkün dəyişikliklərə görə “Nyukasl”la danışıqlara açıqdır.
Qonsales 2025-ci ilin əvvəlində 60 milyon avro qarşılığında “Portu”dan “Mançester Siti”yə keçib. “Transfermarkt” oyunçunun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.
