“Çelsi” müdafiəçisini icarəyə verməyə razılaşdı

21 Avqust 00:20 İngiltərə 410
“Çelsi” müdafiəçisini icarəyə verməyə razılaşdı

“Çelsi”nin mərkəz müdafiəçisi Aksel Disasi karyerasını “Kristal Pelas”da davam etdirə bilər.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, tərəflər 28 yaşlı futbolçunun mövsümün sonuna qədər icarəyə verilməsi ilə bağlı razılığa gəliblər.

Müqavilədə Disasinin sonradan transfer olunması üçün satınalma bəndi olmayacaq. “Kristal Pelas” hazırda fransalı müdafiəçinin şəxsi şərtlərini razılaşdırmaq üçün onun nümayəndələri ilə danışıqlar aparır.

Disasi 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında “Vest Hem”də keçirib. Onun “Çelsi” ilə hazırkı müqaviləsinin müddəti isə 2029-cu ilin yayına qədərdir.

“Transfermarkt” oyunçunun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM