Xorvatiyalı hücumçu ilə maraqlanır - Premyer Liqa nəhəngi

18 Avqust 18:20 İngiltərə 597
Xorvatiyalı hücumçu ilə maraqlanır - Premyer Liqa nəhəngi

“Mançester Yunayted” “Frayburq”un hücumçusu İqor Matanoviçlə maraqlanır.

Sportinfo.az “CaughtOffside”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” artıq 23 yaşlı futbolçunun mümkün transferi ilə bağlı ilkin müzakirələr aparıb.

Mançester təmsilçisi Coşua Zirkze ilə yollarını ayıracağı təqdirdə, Matanoviç üçün rəsmi təklif göndərə bilər. Xorvatiyalı forvardın durumunu “Tottenhem” də yaxından izləyir.

Matanoviç ötən mövsüm “Frayburq”un heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 15 qol vurub və 4 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 22 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM