35 milyonluq müdafiəçini almağa hazırlaşır - Premyer Liqa klubu

17 Avqust 01:40 İngiltərə 533
35 milyonluq müdafiəçini almağa hazırlaşır - Premyer Liqa klubu

"Benfika"nın müdafiəçisi Amar Dediç karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, "Nyukasl" bosniyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. "Nyukasl" 23 yaşlı sağ cinah müdafiəçisi üçün 35 milyon avro təzminat ödəyəcək.

"Benfika" Amar Dediçi 2025-ci ilin yayında "Zaltsburq"dan transfer edib.

Bosniya və Herseqovina millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM