“Yalançı transfer iddiaları ilə sui-istifadə cəhdləri heç bir nəticə verməyəcək”

17 Avqust 00:10 İngiltərə 601
“Yalançı transfer iddiaları ilə sui-istifadə cəhdləri heç bir nəticə verməyəcək”

“Fənərbaxça” “Çelsi”nin oyunçusu Ceymi Bayno-Gittensin transferi ilə maraqlanmadığını açıqlayıb.

Sportinfo.az Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun transferi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Klub bu məlumatların “Fənərbaxça”nın adından istifadə etməyə yönəlmiş cəhd olduğunu vurğulayıb:

“Fənərbaxça”nın Bayno-Gittensə marağı ilə bağlı mediada yayılan məlumatlar həqiqətə uyğun deyil.

Biz açıq şəkildə bildiririk ki, yalançı transfer iddiaları ilə “Fənərbaxça”dan sui-istifadə cəhdləri heç bir nəticə verməyəcək”.

Bayno-Gittens 2025/26 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM