“Liverpul” qapıçısı Freddi Vudmanın müqavilə müddətini uzadıb.
Sportinfo..az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli qapıçının gələn ilin iyununda başa çatacaq sözləşməsi daha 2 il müddətinə artırılıb.
Vudman 2025-ci ilin yayından “Liverpul”da çıxış edir. 29 yaşlı qolkiper ötən mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 7 qol buraxıb.

