“Real” “Mançester Yunayted”in yarımmüdafiəçi Orelyen Tçuameni üçün etdiyi transfer təklifini geri çevirib.
Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 26 yaşlı futbolçu üçün 120 milyon avro təklif etsə də, Madrid təmsilçisi bununla razılaşmayıb.
“Real” Tçuameni ilə yollarını ayırmaq niyyətində deyil. Əksinə, klub onunla müqavilənin müddətini 2031-ci ilin yayına qədər uzatmağı planlaşdırır.
Fransalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

