“Arsenal”ın mərkəz müdafiəçisi Vilyam Saliba “Real” və “Barselona”nın maraq dairəsinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu isə fransalı futbolçunu satmaq istəmir.
Klubun yalnız 150 milyon avrodan yuxarı təklifləri nəzərdən keçirməyə hazır olduğu bildirilir.
Saliba 2019-cu ildən “Arsenal”ın formasını geyinir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 50 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
25 yaşlı müdafiəçinin İngiltərə klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin iyun ayına qədər qüvvədədir.

