Fransalının transferini nəzərdən keçirir - “Mançester Yunayted”

01:30 İngiltərə 83
Fransalının transferini nəzərdən keçirir - “Mançester Yunayted”

“Roma”nın yarımmüdafiəçisi Manu Kone karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun transfer variantını “Mançester Yunayted” nəzərdən keçirir.

Ancaq fransalı yarımmüdafiəçi hazırda “qırmızı şeytanlar”ın əsas hədəfi hesab olunmur.

Daha əvvəl futbolçu ilə maraqlanan “Arsenal” hələlik onun transferi ilə bağlı heç bir razılıq əldə etməyib.

Kone “Roma”ya 2024-cü ildə Münhenqladbax “Borussiya”sından 18 milyon avro qarşılığında keçib. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 37 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti