Fransalı qapıçı ilə gücləndi - Premyer Liqa təmsilçisi

9 İyul 21:20 İngiltərə 446
Fransalı qapıçı ilə gücləndi - Premyer Liqa təmsilçisi

İngiltərənin “Arsenal” klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, klub fransalı qolkiper İllan Melyeni transfer edib.

26 yaşlı qapıçı ilə müqavilə imzalanıb. O, yeni komandasına mövsümöncəsi hazırlıq toplanışı zamanı qoşulacaq.

Melye son 7 mövsümü “Lids Yunayted”də keçirib. O, bu müddətdə bütün turnirlərdə 215 oyunda meydana çıxıb, 70 matçda qapısını toxunulmaz saxlayıb.

Fransanın “Loryan” klubunun yetirməsi olan qolkiper “Arsenal”da 30 nömrəli formanı geyinəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!