“Aston Villa”dan ayrılmaq istəyir - Argentina millisinin qapıçısı

21:40 İngiltərə 144
“Aston Villa”dan ayrılmaq istəyir - Argentina millisinin qapıçısı

“Aston Villa”nın qapıçısı Emiliano Martines bu yay klubu ilə yollarını ayıra bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina millisinin qolkiperi karyerasında yeni səhifə açmaq istəyir və klub da onun ayrılığına mane olmağı düşünmür.

Bildirilir ki, Birmingem təmsilçisi 33 yaşlı futbolçu üçün cəmi 5 milyon avro tələb edəcək. Bu isə oyunçunun uzunmüddətli müqaviləsinin olmasına baxmayaraq, kifayət qədər aşağı məbləğ hesab olunur.

Potensial alıcılar üçün əsas problem transfer haqqı deyil, Martinesin maaşıdır. O, ildə təxminən 7 milyon avro qazanır.

Martinesin xidmətində “Yuventus” maraqlıdır. Bununla belə, Turin klubu əsas diqqətini 29 yaşlı Qulielmo Vikarioya yönəldib.

Hazırda “Tottenhem”in forması geyinən italiyalı qolkiperin transferi Martineslə müqayisədə təxminən üç dəfə baha başa gəlsə də, onun maaş tələblərinin daha aşağı olduğu vurğulanır.

Belə görünür ki, “Yuventus” yay transfer dönəmində təcrübə və maliyyə balansı arasında seçim etməli olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti