“Lester” yeni baş məşqçi məsələsində qərarını verib.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
İngiltərə təmsilçisinin “sükan”ı şotlandiyalı mütəxəssis Rassel Martinə həvalə olunacaq. Hazırda tərəflər arasında danışıqlar yekun mərhələdədir və rəsmi razılaşmanın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Martin ötən ilin payızında Şotlandiyanın “Reyncers” klubundan ayrılıb. Bundan əvvəl o, “Sauthempton”, “Suonsi Siti” və “MK Dons” komandalarında baş məşqçi kimi çalışıb.
“Lester” ötən mövsüm Çempionşipdən aşağı liqaya düşüb. Komanda növbəti mövsümə İngiltərənin üçüncü divizionunda başlayacaq.

