“Liverpul”un hücumçusu Kodi Qakpo, klubun baş məşqçi Arne Slotla yollarını ayırması barədə danışıb.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, həmyerlisinin gedişinin həm özü, həm də komanda yoldaşları üçün gözlənilməz olduğunu bildirib:
“Slotun klubdan ayrılmasına görə təəssüflənirəm. Klub bununla bağlı açıqlama yayıb və səbəbləri izah edib.
Amma düşünmürəm ki, oyunçulardan kimsə belə bir qərarı gözləyirdi. Mən də dərhal məşqçiyə mesaj yazdım və iki il ərzində birlikdə işlədiyimiz üçün ona təşəkkür etdim”.
“Liverpul” mayın sonunda Slotun istefasını rəsmən açıqlayıb. Daha sonra komandanın yeni baş məşqçisinin Andoni İraola olacağı məlum olub.
“Qırmızılar” geridə qalan İngiltərə Premyer Liqası mövsümünü turnir cədvəlinin 5-ci pilləsində başa vurublar. Mersisayd təmsilçisi Slotun rəhbərliyi altında ilk mövsümdə çempionluq sevinci yaşamışdı.

