İş adamı Acun Ilıcalı videosu gündəm olan balaca “Hull City” azarkeşi ilə görüşüb.
Sportinfo.az xəbər verir ki, bir müddət öncə “Hall Siti”nin “Middlsbro”nu 1:0 udması balaca azarkeşin sevincinə səbəb olub və buna dair video maraqla qarşılanıb.
Həmin videodan sonra klubun sahibi Acun Ilıcalı balaca azarkeşi və atasını ofisində qəbul edib.
Görüş zamanı Ilıcalı uşağa və ailəsinə “Hull City”nin oyununu stadiondan izləmək imkanı yaradacağını bildirib.
Sözügedən görüntüləri təqdim edirik:

