80-90 milyon avro ayırmağa hazırdır - “Nyukasl”ın yarımmüdafiəçisi üçün

6 İyun 18:40 İngiltərə 469
80-90 milyon avro ayırmağa hazırdır - “Nyukasl”ın yarımmüdafiəçisi üçün

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali İngiltərənin başqa klubunun transfer hədəfinə çevrilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

“Mançester Yunayted” 26 yaşlı futbolçunu transfer etmək üçün 80–90 milyon avro ayırmağa hazırdır.

Ancaq “Nyukasl” rəhbərliyi əsas oyunçularından olan Tonalini buraxmaq niyyətində deyil. Oyunçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

İtaliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 53 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama