“Özümü heç nəyə görə günahlandırmıram, heç nəyə görə peşman deyiləm”

18:20 İngiltərə 139
“Özümü heç nəyə görə günahlandırmıram, heç nəyə görə peşman deyiləm”

Daha əvvəl “Barselona”da çıxış etmiş “Sauthempton”un futbolçusu Oriol Romeu Kataloniya klubuna qayıtdığı dövrü xoş xatirələrlə yada saldığını bildirib.

Ызщкештащ.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı bunu deyib:

“Barselona”da daha uzun müddət oynamaq istəyirdim, amma özümü heç nəyə görə günahlandırmıram, heç nəyə görə peşman deyiləm.

Əla dostlar qazandım, gözəl xatirələrim var və bir arzumu gerçəkləşdirdim – dünyanın ən yaxşı komandasında, müstəsna insanlarla birlikdə oynamaq imkanım oldu.

La Liqanı qazanmadığımız və ya Çempionlar Liqasına yüksəlmədiyimiz üçün təəssüf edirəm, amma məmnuniyyət hissi ilə ayrıldım. Özümü qınayacaq bir şeyim yoxdur”.

“Barselona”nın yetirməsi olan Oriol Romeu 2023-cü ilin yayında yenidən kluba qoşulub. Lakin 2025-ci ilin avqustunda tərəflər arasında müqaviləyə xitam verilib.

Yarımmüdafiəçi həmin ilin noyabrından karyerasını daha əvvəl də çıxış etdiyi “Sauthempton”da davam etdirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti