Adı top-klublarla hallanan xorvat müdafiəçi: “Ehtiyacım olan hər şey var”

2 İyun 15:20 İngiltərə 286
Adı top-klublarla hallanan xorvat müdafiəçi: “Ehtiyacım olan hər şey var”

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol ətrafında yayılan transfer iddialarına münasibət bildirib.

Son günlər futbolçunun “Real”, “Barselona” və “Bayern” kimi top-klubların maraq dairəsində olduğu barədə xəbərlər yayılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı oyunçu, bu iddialara sakit reaksiya verərək, hazırkı klubunda hər şeydən razı olduğunu söyləyib:

“Biz hamımız bu cür şayiələri görürük. Mən “Mançester Siti”də hər şeydən məmnunam, ehtiyacım olan hər şey var.

Zədədən əvvəl hər matçda – demək olar ki, 90 dəqiqə oynayırdım. Dünya çempionatından sonra isə nə olacağını görəcəyik”.

24 yaşlı futbolçu hazırda “Mançester Siti”də əsas heyətin vacib üzvlərindən sayılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR