“Mançester Siti” və “Arsenal”ın istədiyi futbolçu kimdir?

00:10 İngiltərə 108
“Mançester Siti” və “Arsenal”ın istədiyi futbolçu kimdir?

“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers karyerasını İngiltərə Premyer Liqasının başqa klubunda davam etdirə bilər.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır.

“Şəhərlilər”in transfer uğrunda mübarizədə “Arsenal”a rəqib olduğu bildirilir.

Rocersin bazar dəyəri hazırda 80 milyon avro olaraq qiymətləndirilir. Onun “Aston Villa” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununun sonuna qədərdir.

İngiltərəli futbolçu ötən mövsüm Premyer Liqada 37 oyunda meydana çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti