“Mançester Siti”nin müdafiəçisi Natan Ake yay transfer dövründə yenidən “Bornmut”a qayıda bilər.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Bornmut” müdafiə xəttində boşluğu doldurmağı planlaşdırır.
Komandanı tərk edəcəyi gözlənilən Markos Senesinin yerinə əsas namizədlərdən biri məhz Ake göstərilir.
“Bornmut” artıq 31 yaşlı müdafiəçi ilə maraqlanır. Futbolçunun hazırkı klubu “Mançester Siti” də mümkün transfer təkliflərini dəyərləndirməyə hazırdır.
Ake 2020-ci ildə “Bornmut”dan “Mançester Siti”yə transfer olunmuşdu. Həmin vaxt keçid 45 milyon avrodan çox məbləğə başa gəlmişdi.
Niderlandlı müdafiəçinin hazırda dəyəri təxminən 15 milyon avro olaraq qiymətləndirilir.
Onun müqaviləsinin müddətinin bitməsinə isə bir il qalır. Bu da transfer ehtimalını daha real edir.

