“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri, UEFA Çempionlar Liqasının finalında PSJ ilə oyundan (1:1, penalti – 3:4) sonra “topçular”ın müdafiəçisi Qabriel barədə danışıb.
Braziliyalı futbolçu penaltilər seriyasında hesab 3:4 olarkən, beşinci zərbəni yerinə yetirib, lakin vuruşunu qola çevirə bilməyib.
“Arsenal”ın yarımmüdafiəçisi Ebereçi Eze də penaltini dəqiq yerinə yetirməyib.
Sportinfo.az “CBS Sports“-a istinadən xəbər verir ki, Anri, Qabrielin cəsarətini yüksək qiymətləndirib:
“Mən həmişə deyirəm ki, könüllü olaraq penalti vurursansa, sənə hörmət edəcəm. Bilmirəm, topu niyə Qabriel vurdu, niyə beşinci oldu, amma o, penaltini yerinə yetirdi.
O, əla mövsüm keçirdi və bu matçda da yaxşı oynadı. O, qol buraxdı, amma təslim olmadı”.

