Konateni transfer etmək fikrindən vaz keçdilər

00:10 İngiltərə 85
Konateni transfer etmək fikrindən vaz keçdilər

“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate karyerasını “Çelsi”də davam etdirməyəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “zadəganlar” fransalı futbolçunun transfer imkanını nəzərdən keçirsə də, son nəticədə bu variantdan imtina edib.

Qərarın əsas səbəbinin oyunçunun yüksək maaş tələbi olduğu bildirilir.

Buna baxmayaraq, Konateyə digər klublardan maraq azalmayıb. PSJ, “Bayern” və “Real” müdafiəçinin vəziyyətini yaxından izləyir.

27 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 51 oyunda meydana çıxıb və 2 qol vurub. “Transfermarkt” onun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:40 Batumidə 5 medal