Yay transfer planlarını formalaşdırmağa başladılar - İspan müdafiəçini istəyirlər

00:20 İngiltərə 79
Yay transfer planlarını formalaşdırmağa başladılar - İspan müdafiəçini istəyirlər

“Mançester Siti” yeni baş məşqçisi Enzo Mareskanın rəhbərliyi altında yay transfer planlarını formalaşdırmağa başlayıb və artıq ilk hədəflərdən biri müəyyənləşib.

Sportinfo.az “Caught Offside”-a istinadən xəbər verir ki, “şəhərlilər” Mark Kukurellanın transferi üçün “Çelsi” ilə danışıqlara başlayıb.

İspan müdafiəçi hazırda 27 yaşındadır və Mareskanın onun xidmətinə xüsusi maraq göstərdiyi bildirilir.

Mareska əvvəllər Kukurella ilə birlikdə çalışıb və onu yeni komandası üçün ideal seçim hesab edir.

Ancaq “Çelsi” futbolçunu əsas rəqiblərdən birinə buraxmaqda tərəddüd edir. Klub yalnız oyunçunun özü ayrılmaqda israr edərsə, bu transferə razılıq verə bilər.

Kukurella cari mövsümdə bütün turnirlərdə 50 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti