Premyer Liqadan iki klubun hədəfindədir - Kamerunlu yarımmüdafiəçi

29 May 01:30 İngiltərə 509
Premyer Liqadan iki klubun hədəfindədir - Kamerunlu yarımmüdafiəçi

“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba İngiltərə Premyer Liqasının iki top-klubunun maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçuya ötən ildən bəri maraq göstərən “Mançester Yunayted” onun transferində favorit hesab olunur.

“Tottenhem” də bu mübarizəyə qoşulmağa hazırlaşır. London klubu Premyer Liqada yerini qoruduqdan sonra heyəti gücləndirməkdə qərarlıdır.

“Transfermarkt” portalı Karlos Balebanın bazar dəyərini 55 milyon avro qiymətləndirsə də, “Brayton”un futbolçu üçün daha yüksək məbləğ tələb edəcəyi gözlənilir.

Kamerunlu yarımmüdafiəçinin klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!