“Kiminsə fikrinin yanlış tərəfində qaldım - Özümü toparlayacam və daha güclü qayıdacam”

12:20 İngiltərə 108
“Kiminsə fikrinin yanlış tərəfində qaldım - Özümü toparlayacam və daha güclü qayıdacam”

“Nottingem Forest”in kapitanı Morqan Gibbs-Uayt İngiltərə millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə düşməməsinə münasibət bildirib.

26 yaşlı yarımmüdafiəçi karyerasının ən məhsuldar mövsümünü keçirib:

18 qol və 7 məhsuldar ötürmə. Buna baxmayaraq, o, millinin baş məşqçisi Tomas Tuxel tərəfindən açıqlanan heyətdə yer almayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu qərardan sonra sərt açıqlama verib:

“Heyətə düşmək üçün kifayət qədər səy göstərmişdim. Sadəcə, kiminsə fikrinin yanlış tərəfində qaldım. Özümü toparlayacam və daha güclü qayıdacam”.

O, həmçinin, baş məşqçinin şəxsi münasibətini də dəyərləndirib:

“Onun mənə zəng edib hər şeyi birbaşa deməsinə hörmət edirəm. Mövsümün bitməsinə sevinirəm, indi yaya fokuslanacam”.

İngiltərə yığmasından kənarda qalmasından sonra futbolçu “Bornmut”la matçda (1:1) cərimə zərbəsindən gözəl qol vurub.

“Meşəçilər”in azarkeşləri də narazılıqlarını tribunadan bildirərək, İngiltərə millisinin baş məşqçisinə qarşı şüarlar səsləndiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti