“Düşünürəm ki, özümüzü bundan məhrum etmək böyük səhv olardı”

00:00 İngiltərə 100
“Düşünürəm ki, özümüzü bundan məhrum etmək böyük səhv olardı”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqa çempionluğunun qeyd olunmasının vacibliyindən danışıb.

“Topçular” son turda “Kristal Pelas” üzərində 2:1 hesablı qələbə qazanaraq, mövsümü qalib kimi başa vurublar.

London təmsilçisi oyundan sonra çempionluq kubokuna qovuşub.

Matçdan sonra jurnalistlər Artetadan UEFA Çempionlar Liqasının finalı öncəsi böyük bayram etməyin nə dərəcədə doğru olduğunu soruşublar.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bunun komanda üçün əlavə motivasiya olduğunu bildirib:

“Biz çempionluğu qeyd etməliyik, bu enerjiyə ehtiyacımız var. Düşünürəm ki, özümüzü bundan məhrum etmək böyük səhv olardı.

Artıq danışmışıq ki, Budapeştdə (Macarıstanın paytaxtı) meydana çıxanda bu ruh yüksəkliyindən istifadə etməliyik.

Finala hazırlıq artıq sabah (bu gün) başlayacaq. Klubumuzun tarixində yeni səhifə yazmaq fürsətini səbirsizliklə gözləyirik”.

“Arsenal”la PSJ arasında Çempionlar Liqasının final matçı mayın 30-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti