Əsas heyətdə yerini itirdi, “Real”a satışı gündəmdədir

01:40 İngiltərə 80
Əsas heyətdə yerini itirdi, “Real”a satışı gündəmdədir

“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reyncers yay transfer pəncərəsində komandadan ayrıla bilər.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu əsas heyətdə yerini itirdiyi üçün onun mümkün satışı barədə müzakirələr artıb.

27 yaşlı futbolçu ilə maraqlanan klublardan biri “Real”dır. Madrid təmsilçisi yarımmüdafiə xəttini gücləndirmək üçün variantlar axtarır.

Bildirilir ki, “şəhərlilər” futbolçunun transferi üçün təxminən 58 milyon avro tələb edəcək.

Reyncers cari mövsümdə 45 oyunda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə verib. O, ötən yay “Milan”dan təxminən 55 milyon avroya transfer olunmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti