Özünü pis hiss edən məşhur məşqçi stadiondan xəstəxanaya aparıldı

01:30 İngiltərə 81
Özünü pis hiss edən məşhur məşqçi stadiondan xəstəxanaya aparıldı

“Mançester Yunayted”in sabiq baş məşqçisi ser Aleks Ferqyuson bu gün günorta saatlarında “Old Trafford” stadionundan xəstəxanaya aparılıb.

Sportinfo.az “Daily Mail”ə istinadən xəbər verir ki, 84 yaşlı əfsanəvi mütəxəssis Premyer Liqanın 35-ci turu çərçivəsində baş tutmuş “Mançester Yunayted” – “Liverpul” (3:2) matçından öncə özünü pis hiss edib.

Məlumata görə, Ferqyuson qarşılaşmanın başlamasına bir saatdan çox qalmış təcili tibbi yardım maşını ilə stadiondan uzaqlaşdırılıb.

Hazırda o, həkim nəzarəti altındadır. Bildirilir ki, hospitalizasiya ehtiyat tədbiri məqsədilə həyata keçirilib və yaxın vaxtlarda onun evə buraxılacağı gözlənilir.

“Mançester Yunayted” tarixinin ən uğurlu məşqçisi olan Aleks Ferqyuson komandanın həm ev, həm də səfər oyunlarını müntəzəm olaraq tribunadan izləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti