Məşhur iş adamının xanımı qələbəyə görün necə sevindi! - VİDEO

5 May 00:00 İngiltərə 848
Məşhur iş adamının xanımı qələbəyə görün necə sevindi! - VİDEO

Məlum olduğu kimi, türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” İngiltərə Çempionşipində pley-off mərhələsinə vəsiqə qazanaraq böyük uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, öz meydanında “Norviç Siti”ni qəbul edən “qaplanlar” gərgin keçən qarşılaşmadan 2:1 qalib ayrılmağı bacarıblar.

Matçın final fiti çalınan kimi isə stadionda əsl bayram ab-havası yaşanıb. Yüzlərlə azarkeş bu tarixi nailiyyəti futbolçularla birgə qeyd etmək üçün yaşıl meydana axışıb.

Tribunadakı coşquya Acun Ilıcalının həyat yoldaşı Çağla Ilıcalı da qoşulub. Onun azarkeşlərlə birlikdə qələbəni qeyd etdiyi səmimi görüntülər sosial şəbəkələrdə geniş marağa səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?