“Bayern”ə lazım olmayan hücumçunu istəyir - Premyer Liqa mənsubu

28 Aprel 00:10 İngiltərə 620
“Bayern”ə lazım olmayan hücumçunu istəyir - Premyer Liqa mənsubu

“Bayern”də icarə əsasında çıxış edən “Çelsi”nin hücumçusu Nikolas Cekson yay transfer dövründə klubunu dəyişə bilər.

Sportinfo.az “Talksport”-a istinadən xəbər verir ki, Münhen klubu seneqallı forvardın müqavilə hüququnu “Çelsi”dən almayacaq.

Bu da onun yenidən İngiltərəyə qayıdacağını deməyə əsas verir.

24 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlanan klublardan biri “Nyukasl”dır. “Sağsağanlar” onun üçün əsas namizədlərindən hesab olunur.

Nikolas Cekson cari mövsümdə bütün turnirlərdə 29 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?