144 milyon avro “oxuyurlar” - “Mançester Yunayted”in istədiyi yarımmüdafiəçi üçün

21:40 İngiltərə 69
144 milyon avro “oxuyurlar” - “Mançester Yunayted”in istədiyi yarımmüdafiəçi üçün

“Mançester Yunayted” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson üçün hərəkətə keçib.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 21 yaşlı futbolçunu yay transfer pəncərəsində əsas hədəflərdən biri kimi görür.

İngiltərəli yarımmüdafiəçinin enerjili oyun tərzi klub rəhbərliyini xüsusilə cəlb edib. Ancaq “Nottingem Forest”in sahibi Evangelos Marinakis transfer üçün sərt şərt irəli sürüb.

O, futbolçunun 144 milyon avrodan aşağı qiymətə satılmasına razı deyil.

Elliot 2024-cü ildə “Nyukasl”dan 41 milyon avroya transfer olunub. Onun “meşəçilər”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

O, cari mövsümdə 43 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti