“Barselona”ya gedir, ya “Yuventus”a? - “Mançester Siti”nin yarımmüdafiəçisi

15:40 İngiltərə 76
“Barselona”ya gedir, ya “Yuventus”a? - “Mançester Siti”nin yarımmüdafiəçisi

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniyada davam etdirməyə hazırlaşır.

Sportinfo.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, portuqaliyalı “Barselona”nı əsas prioritet kimi görür.

31 yaşlı oyunçu mövsümün sonunda, “Mançester Siti” ilə müqaviləsinin müddəti bitdikdən sonra azad agent statusunda komandadan ayrılmaq niyyətindədir.

O, cari mövsümdə bütün turnirlərdə 45 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun xidmətində “Yuventus” da maraqlıdır, ancaq Turin klubu futbolçunun maliyyə tələblərini qarşılaya bilmir.

Beləliklə, Silva üçün ən real istiqamət kimi “Barselona” variantı ön plana çıxır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti