“Bayern” “Nyukasl”ın hücumçusu Entoni Qordonun transferi üzərində işini davam etdirir.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, 25 yaşlı ingiltərəli futbolçu Münhen klubuna keçidə açıqdır və bu barədə artıq yaxın çevrəsinə də məlumat verib.
Bildirilir ki, Qordonun qərarında Mikael Olise nümunəsi mühüm rol oynayıb. “Kristal Pelas”dan “Bayern”ə transfer olunan futbolçunun qısa müddətdə əsas heyətdə parlaması ingiltərəli oyunçunu da ruhlandırıb.
Qordon özü də hesab edir ki, “Bayern”ə keçid onun karyerasında məntiqli növbəti addım ola bilər. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

