“Real”a keçidi iki şərtdən asılıdır - “Mançester Siti”nin yarımmüdafiəçisinin

10 Aprel 01:30 İngiltərə 684
“Real”a keçidi iki şərtdən asılıdır - “Mançester Siti”nin yarımmüdafiəçisinin

“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi ideyasından imtina etməyib.

“Şəhərlilər”in futbolçusu hələ də “kral klubu”nun yay transfer hədəfləri siyahısında yer alır.

Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, madridlilər bu transferə yalnız iki şərt daxilində cəhd edəcəklər.

Birincisi, yarımmüdafiəçi İspaniya millisinin heyətində dünya çempionatında fiziki cəhətdən hazır olduğunu sübut etməlidir. İkincisi isə, onun qiyməti 50 milyon avronu keçməməlidir.

2024-cü ilin “qızıl top” mükafatının sahibi olan futbolçu iyunda 30 yaşını tamamlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?