“Barselona”nın hücumçusu Ferran Torres yay transfer dövründə komandanı tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” ispaniyalı futbolçunu heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Transferin baş tutması isə niderlandlı hücumçu Coşua Zirkzenin “qırmızı şeytanlar”dan ayrılacağı halda mümkün ola bilər.
26 yaşlı Torresin mümkün transferi “Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən ingiltərəli hücumçu Markus Reşfordla bağlı hansısa sözləşmədən asılı deyil.
Torresin vəziyyətini həmçinin, “Arsenal”, “İnter” və “Atletiko” da yaxından izləyir. O, bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 16 qol vurub və 1 məhsuldar ötürmə verib.

