Rəhbərliyin qərarını tənqid etdi: “Mən olsaydım, onu göndərməzdim”

00:20 İngiltərə 66
Rəhbərliyin qərarını tənqid etdi: “Mən olsaydım, onu göndərməzdim”

“Çelsi”nin müdafiəçisi Mark Kukurella, komandanın sabiq baş məşqçisi Enzo Mareskanın istefaya göndərilməsinə münasibət bildirib.

İtaliyalı mütəxəssis yanvarda vəzifəsindən azad olunub, onun yerinə Liam Rosenyor gətirilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Mareska ilə işlədikləri dövrü xatırladaraq, komandanın həmin vaxt daha sabit göründüyünü vurğulayıb:

“Mareska ilə 18 ay işlədiyimiz üçün özümüzü daha sabit hiss edirdik. Mövsüm öncəsi hazırlıqda şübhələr var idi, amma son aylarda demək olar avtomatik oynayırdıq.

Sistemi dəyişsək belə, nə etməli olduğumuzu bilirdik. Bunun üçün vaxt lazımdır”.

O, digər klubları da nümunə çəkərək əlavə edib:

“Baxın “Arsenal”a, Mikel Arteta (“Arsenal”ın baş məşqçisi) ilə illərdir işləyirlər. Bəzi hallarda yaxşı nəticə qazanmayıblar, amma layihəyə inam nəticə verir”.

Kukurella həmçinin, “Çelsi” rəhbərliyinin qərarını tənqid edib:

“Mən olsaydım, Mareskanı göndərməzdim“Mən olsaydım, onu göndərməzdim. Belə dəyişikliklər mövsümün sonuna qədər gözləməlidir ki, hamı hazırlaşa bilsin”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti