Salahla yolları ayrılacaq “Liverpul” ona əvəzləyici tapdı

31 Mart 21:40 İngiltərə 739
Salahla yolları ayrılacaq “Liverpul” ona əvəzləyici tapdı

“Liverpul”un cari mövsümün sonunda hücumçusu Məhəmməd Salahla yollarının ayrılacağı rəsmən açıqlanıb. Misirli futbolçu 9 illik çıxışdan sonra klubdan ayrılacaq.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, “qırmızılar”ın Salahın əvəzləyicisi kimi əsas hədəfi Mikael Olisedir.

“Liverpul” hazırda “Bayern”də çıxış edən fransalı futbolçu üçün artıq ciddi maliyyə təklifi hazırlayır.

Bildirilir ki, İngiltərə klubu 24 yaşlı vingerə uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.

Olisenin transfer dəyəri 140 milyon avro təşkil edir. O, daha əvvəl İngiltərədə “Ridinq” və “Kristal Pelas” komandalarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?