Premyer Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırdı

00:10 İngiltərə 75
Premyer Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırdı

“Tottenhem” rəsmi olaraq baş məşqçi Iqor Tudor ilə yollarını ayırdığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında dərhal ayrılmaq qərarına gəlib. London klubunun rəhbərliyi Tudor və onun məşqçi heyətinə son həftələrdəki əməklərinə görə təşəkkür edib, həmçinin şəxsi itkisi ilə bağlı ona və ailəsinə dəstək ifadə edib.

Xorvatiyalı mütəxəssis komandaya fevralın 14-də qoşulmuşdu. Onun rəhbərliyi altında “Tottenhem” 7 oyun keçirib, bunların yalnız 1-ni qazanıb, 5-də isə məğlub olub.

Hazırda “Tottenhem” Premyer Liqada 31 turdan sonra 30 xalla 17-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti