Onun baş məşqçi postuna mümkün təyinatına qarşı çıxdılar

00:20 İngiltərə 83
Onun baş məşqçi postuna mümkün təyinatına qarşı çıxdılar

İtaliyalı mütəxəssis Roberto De Zerbi “Tottenhem” azarkeşlərinin narazılığı ilə üzləşib.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, London klubunun bir neçə azarkeş qrupu 46 yaşlı çalışdırıcının baş məşqçi postuna mümkün təyinatına kəskin şəkildə qarşıdır.

Narazılığın əsas səbəbi De Zerbinin “Mançester Yunayted”in sabiq hücumçusu Meyson Qrinvudla bağlı mövqeyidir.

Qrinvud daha əvvəl məişət zorakılığı ittihamları ilə gündəmə gəlmişdi. O, “Marsel”də birlikdə çalışdığı dövrdə ingiltərəli futbolçuya açıq şəkildə dəstək vermişdi.

“Tottenhem”ə hazırda İqor Tudor rəhbərlik edir. London klubu Premyer Liqada 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb və ciddi nəticə böhranı yaşayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti