Tanınmış jurnalist baş məşqçiyə məsləhət verdi: “Pula qənaət etmə”

28 Mart 17:20 İngiltərə 660
Tanınmış jurnalist baş məşqçiyə məsləhət verdi: “Pula qənaət etmə”

“Arsenal” azarkeşi olan tanınmış jurnalist və aparıcı Pirs Morqan gürcü vinger Xviça Kvaratsxeliyanın komandaya mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, sosial şəbəkə hesabında belə yazıb:

“Bu xəbər doğrudursa, “Arsenal” Kvaratsxeliyanı mütləq transfer etməlidir.

Mikel Arteta (komandanın baş məşqçisi), pula qənaət etmə. Bu, möhtəşəm futbolçudur”.

Kvaratsxeliya hazırda PSJ-nin formasını geyinir. O, Paris təmsilçisinə 2025-ci ilin əvvəlində qoşulub.

23 yaşlı futbolçu cari mövsümdə 37 oyunda meydana çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?